Risklərin idarə edilməsi üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AFB Bank Risklərin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
  • MS Office proqramlarında işləmək bacarığı , xüsusilə, yüksək səviyyədə Excel bilikləri;
  • Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
  • Məntiqi və analitik düşünmə tərzi.

İşin təsviri:

  • Bankın üzləşə biləcəyi risklərin müəyyənləşdirilməsi və bu risklərin bankın aktivlərinə, mənfəətinə və ümumilikdə müvəffəqiyyətinə potensial olaraq yaratdığı təsirlərin analiz edilməsi;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı dataların toplanması, analiz edilməsi, risklərin ölçülməsi və əldə edilmiş nəticələrin Risklərin İdarə Edilməsi strukturunun direktoruna təqdim edilməsi;
  • Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
  • Risklərin analizi üçün makroiqtisadi, vintaj, matris, riskdə olan dəyər, riskdə olan portfel təhlillərinin aparılması və təhlillər əsasında hesabatların hazırlanması;
  • Risk növləri üzrə limitlərin müəyyən olunmasında iştirak;
  • Aylıq olaraq bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının həyata keçirilməsi;
  • Risklərlə bağlı  stress-testlərin  keçirilməsi  və  risklərin azaldılması məqsədi ilə təkliflərin verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı