Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsinin rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ATB Bank Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/lhyju6anc

Təsvir

  • Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyələr vermək;
  •  IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması, nəzarəti və modelin daimi yenilənməsini təmin etmək;
  • MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
  • Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi;
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  • Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
  • Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (Risk menecmenti, maliyyə, mühasibatlıq, riyaziyyat və s. əlaqəli ixtisaslar);
  • Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili (ingilis və rus dili arzuolunandır);
  • Riyazi, statistik və ekonometrik biliklər;
  • IFRS bilikləri;
  • CFA, FRM, ACCA (F3, F7, F9) arzuolunandır;
  • MS Office proqramları (yüksək səviyyədə Excel bilikləri), SQL bilikləri arzuolunandır;
  • Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
  • Liderlik və komandada işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyət və düzgünlük.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı