RİM- xəzinədar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı RİM- xəzinədar vəzifəsi üzrə vakansiyası elan edir. Dəqiq və diqqətli olmalıdır.

Azərbaycan Beynəlxalq Regional inkassasiya mərkəzinə aşağıdakı regionlar üzrə xəzinədar vakansiyası elan edir.

  • Şirvan
  • Quba

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankomatların inkassasiya üçün nağd vəsaitlərin bölgüsündə iştirak etmək;
  • Əməliyyat günün sonunda inkassasiya olunmuş bankomatlar üzrə yazılı şəkildə hesabatı tərtib etmək, qiymətlilərin qalıqları ilə birlikdə xəzinəyə məsul şəxsə təhvil verilməsini təmin etmək;
  • Bankomata yüklənmiş və boşaldılmış nağd pulun uçotunun aparılmasını təmin etmək;
  • Aşkar edilmiş dövriyyəyə yararsız nağd pulun dövriyyədən çıxarılması və dəyişdirilməsi üçün müvafiq sənədləşməni aparılması və Mərkəzi Banka təhvil verilməsini təmin etmək;
  • Kassa əməliyyatlarına dair bütün sənədləri hər əməliyyat gününün sonunda günün sənədlərini qovluğuna tikilməsini təmin etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli( İqtisadi təhsil üstünlükdür);
  • MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
  • Dəqiq və diqqətli;
  • Komandada işləmək bacarığı olan ;

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “RİM- xəzinədar (region adı)” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı