Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Domino’s Pizza Azerbaijan Restoran Müdiri və Növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Yeni işçilərə təlimlər verməlidir.
Şirkət barədə:
Domino’s dünyanın ən nəhəng pizza restoranlar şəbəkəsindən biridir. Amerikan brendidir və əsası 1960-ci il iyunun 11-də ABŞ-ın Miçigan ştatında qoyulub. Domino’s çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır. Domino’s Azərbaycanda 2014-cu ilin dekabr ayından fəaliyyət göstərir. Ərazinizdən asılı olaraq sifarişləriniz çantalarda saxlanılaraq, 30 dəqiqə ərzində isti-isti çatdırılır.
Əsas vəzifə və öhdəliklər:
- Məsul olduğu şöbə üçün nəzərdə tutulan satış, gəlirlilik, qida, əmək və OER hədəflərinə çatılması mövzusunda lazımlı fəaliyyətlər planlayıb həyata keçirilməsini təmin etməli,
- İdeal personal sayını qorumalı,
- İşçilərin qanunlara, qaydalara, işçi sağlamlığı və iş təhlükəsizliyi müddəalarına uyğun hərəkət etmələrini təmin etməli,
- Digər şöbələr və rəhbərliklə bağlı həftəlik, aylıq hesabatları düzgün və vaxtında icra etməli,
- Yeni işçilərə təlimlər verməli
Namizədə dair tələblər:
- Ali Təhsil
- Ən azı 3 illik Restoran İdarəetmə təcrübəsinə sahib olmalı,(Qida sektoru,Fast-Food )
- Xərclərə nəzarət, hesabat və təhlil bacarığı;
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı,
- Komanda işinə meyilli, hədəfyönümlü və bu komanda ilə irəliləməyi bacaran,
- Marka dəyərini dəqiq təmsil edə bilən və bu dəyəri komanda ilə göstərə bilən,
- Müştəri məmnuniyyətinə üstünlük verən,
- Güclü planlaşdırma bacarığına malik, təşəbbüs göstərməyə və strateji düşünməyə qadir,
- Effektiv ünsiyyət tərzinə sahib olan, xarici görünüşünə diqqət yetirən,
- Gərgin iş qrafiki, növbə sistemi və çevik iş saatları ilə ayaqlaşa bilən,
- Effektiv dil bilgiləri (Azərbaycan və İngilis dili əla səviyyədə olmalıdır; orta səviyyəli rus dili üstünlükdür) ;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
İş şərtləri:
- Əmək haqqı, namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir;
- Həftəlik, aylıq bonuslar yüksəkdir
- Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Restoran müdiri” və “Növbə rəisi” qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
CoffeeLea coffeeshoplar şəbəkəsi Ofisiant vakansiyasını elan edir. ...
El Art Səyahət Agentliyində Tur menecer ve aviakassir vəzifəsi üzrə vakansiya elan edilir. ...
Saffron Group Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...