Restoran meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Pak Dad Group Restoran meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus dili yüksək və ingilis orta səviyyədə bilməlidir.

İş barədə məlumat:

  • Restoranın fasiləsiz fəaliyyətinin təşkili.
  • Standartların tələblərinə riayət edilməsinə nəzarət.
  • Müştərilərlə işin aparılması.
  • İnventarizasiyanın təşkili.
  • Gündəlik hesabatların hazırlanması .
  • Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət.
  • Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi.
  • Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək.
  • Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək;
  • Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək.
  • Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada
    təqdim edilməsinə nəzarət etmək.
  • İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək;
  • Restoran heyətinin planlaması və işçi tələbini müəyyən edərək İR Departamentinə məlumat vermək
  • Heyətin iş qrafiki, istirahət və məzuniyyət qrafiklərini müəyyənləşdirmək.
  • İşçilərin növbəçilik cədvəlinə və davamiyyətinə nəzarət.
  • İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak.

Namizədə aid tələblər:

  • Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək.
  • İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək.
  • Qeyd edilən sahədə minimum 3 il iş təcrüəsi.
  • Etik davranış qaydalarına sahib olmalı.
  • Diqqətli, məsuliyyətli və cəld.
  • Komandada işləmək bacarığı.
  • Gülərüzlü və hörmətli olmalı .
  • Dinləmə mədəniyyəti.
  • Xarici görünüşünə diqqət göstərməli.
  • Danışıq qabiliyyəti yüksək olmalı.
  • Müştəri ilə ünsiyyət qurmağı bacarmalı.
  • İdaretmə qabiliyyətinə sahib olmalı.
  • Xarici dil bilikləri; rus dili yüksək və ingilis orta səviyyədə bilməlidir.

Əlavə şərtlər:

  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaqdır.
  • 6 günlük iş həftəsi, növbəli iş qrafiki ;
  • Nahar şirkət tərəfindən verilir ;
  •  Korporativ nömrə.

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Restoran meneceri” qeyd etməklə hr@pakdad.az email ünvanına göndərə və ya 051-235-52-34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd: Yuxarıda göstərilən tələblərə cavab verməyən şəxslərin CV-nə baxılmayacaqdır.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...