Restoran meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Prive Steak Gallery Restoran meneceri vəzifəsi üzrə vakansiya elan edir.

HAQQIMIZDA:

2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.

MİSSİYAMIZ

Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !

VİZYONUMUZ

Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq !

Vakansiya : Restoran meneceri
İş yeri – Prive Steak Gallery
Ünvan: Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki- həftədə 6 gün
Əmək haqqı- 700 +%

Öhdəliklər:

  • Heyətin gündəlik iş planlarını tərtib etmək və nəzarət etmək
  • Rəhbərliyə müfaviq hesabatları təqdim etmək
  • Restoranın təmiz saxlanmasını və heyət tərəfindən gigiyena və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
  • Müştərilərin şikayətlərinə cavab vermək, problemi həll etmək üçün müvafiq tədbirlər görmək
  • Yeməklərin keyfiyyətinə və təqdimatına nəzarət etmək
  • Yeni işçilərin təlimatlandırılması və adaptasiyasına nəzarət etmək
  • Müştərilərin sifarişlərinin vaxtında və keyfiyyətli şəkildə təqdim olunmasına nəzarət
  • İşçilərə vəzifələrinin yerinə yetirilməsində və nizam intizam qaydalarının həyata keçirilməsinə nəzarət etmək
  • İşçilərə həftəlik təlimlərin keçirilməsi

Tələblər:

  • 25-35 yaş arası bəy və xanım namizədlər
  • Xoş görünüş, gülərüzlük, səmimiyyət, operativlik, çeviklik
  • Restoran sahəsində minimum 3-5 illik iş təcrübəsi
  • İngilis dili mükəmməl, Rus dili mükəmməl,
  • Steyk və içki biliyinin olması tələb olunur.
  • Məsuliyyətli və tələbkar olmaq
  • Yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...