Rəsmi qurumlarla iş üzrə hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Facility Management Group Rəsmi qurumlarla iş üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsnifatı:

  • Rəsmi qurumlardan  xüsusi razılıq (lisenziya), icazə, texniki şərt və digər sənədlərin alınması və ya rəsmiləşdirilməsi;
  • Daşınmaz əmlak obyektlərinin kommunal xidmətlərlə təchiz olunması, müvafiq texniki-təchizat sistemlərinin müayinəsi və texniki baxışı proseslərinin rəsmiləşdirilməsi işlərinin aparılmasında iştirak etmək, müvafiq işləri təşkil etmək;
  • Daşınmaz əmlaklarda kommunal xidmətlər (su, elektrik, qaz) üzrə sərfiyyatı qeydə alan nəzarət, ölçü və sayğac cihazlarının, müvafiq texniki qurğu və avadanlıqların quraşdırılması, texniki baxışı, təmiri, dəyişdirilməsi və s. rəsmiləşdirilməsini təşkil etmək;
  • Kirayə/istifadə hüququ əsasında müvəqqəti yaşayan əcnəbilərin qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan sənədlərin hazırlanması və rəsmiləşdirilməsi işlərini aparmaq;
  • Vəzifə və funksiyalarına aid edilmiş biznes və ya inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrini hazırlamaq;
  • Funksiyalarından irəli gələn digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə sahib olmaq;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, inzibati, inzibati-prosessual, əmək, daşınmaz əmlak, mənzil qanunvericiliyini bilmək, təhlil və tətbiq etmək bacarığı;
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili – səlis, rus və ingilis dilləri arzu olunandır;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarıqları;
  • Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarıqları.

Xahiş olur CV-lərinizi  Rəsmi qurumlarla iş üzrə hüquqşünas başlığı altında e-mail ünvanına göndərəsiniz.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı