Resepşn
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə.Abşeron Logistika Mərkəzi Resepn üzrə vakansiya elan edir. Operativlik, dəqiqlik olmalıdır.

“Abşeron Logistika” MMC “Resepşn” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

  • Daxil olan zəngləri cavablandırmaq və yönləndirmək;
  • Müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması, cavablandırılması;
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Müraciətləri qeydiyyata almaq;
  • Şirkətə gələn qonaqların qarşılanması, yönləndirilməsi;
  • E-poçt yazışmalarının həyata keçirilməsi;
  • Məktubların göndərilməsi və qəbul edilməsi;

Namizədə tələblər:

  • Uyğun sahə üzrə ən az 2 il iş təcrübəsi.
  • Dil bilikləri: yüksək səviyyədə Azərbaycan dili, Rus dili, İngilis dili.
  • Kompüterdə sürətli işləmək bacarığı.
  • Operativlik, dəqiqlik.
  • Məsuliyyətli, punktual,daim öz üzərində çalışan.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@absheronport.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Resepşn” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

27.03.2024 - Bakı