Rəqəmsal reklam üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Nar Rəqəmsal reklam üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək
  • Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək
  • Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO)
  • Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək
  • Rəqəmsal, kreativ və media agentliklərinin işini koordinasiya etmək
  • Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.)

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (Marketinq sahəsində Ali təhsil üstünlük hesab olunur)
  • Rəqəmsal marketinq üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
  • A/B və çoxşaxəli testlərin (A/B və MVT testing) aparılmasında təcrübə
  • Google Ads (GDN, Search, YouTube ads etc), Yandex Direct və digər reklam platformalarında kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə
  • E-mail marketinqin aparılması üzrə təcrübə

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Təşəbbüskar və yaradıcı
  • Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi
  • Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
  •  Vebsayt analitikası üçün alətlər (məsələn, Google Analytics, Yandex Metrica, Data Studio) üzrə biliklər
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
  • Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar üstünlük hesab olunur
  • MS Office proqramlarını bilmək

Müraciət etmək üçün:

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik. Başlıqda “Rəqəmsal reklam üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Təftiş üzrə mütəxəssis

AZ Dizayn Group Təftiş üzrə mütəxəssis: vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

29.05.2024 - Bakı

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

22.05.2024 - Bakı

900 — 1100 ₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

21.05.2024 - Bakı

1000 — 1200 ₼
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Kontakt Home İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili əlavə üstünlükdür. ...

Kontakt Home

21.05.2024 - Bakı