Rəqəmsal marketinq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bank Respublika ASC Rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • İnternet üzərindən planlaşdırılma, SEO/SEM, marketinq məlumat bazası, email, sosial media və display reklam kampaniyalarının həyata keçirilməsi;
  • Sosial media fəaliyyətinin dizaynı, qurulması və planlaşdırılması;
  • Bütün rəqəmsal marketinq kampaniyalarının ölçülməsi, hesabatın icrası və hədəflərə uyğun qiymətləndirmə (ROI və KPIs);
  • Tendesiyalar, ideyaların müəyyənləşdirilməsi və onlara əsasən fəaliyyətin optimallaşdırılması;
  • Eksperimentlər və Konversiya testlərinin ölçülməsi, planlaşdırılması və icra olunması;
  • Açılış səhifələri (landing pages) yaratmaq və istifadəçi təcrübəsinin optimallaşdırılması üzrə komandadaxili əməkdaşlıq etmək;
  • Müxtəlif kanallar və müştəri toxunuş nöqtələri vasitəsilə, müştəri təcrübəsinin qiymətləndirilməsi üzrə analitik təhlilin aparılması;
  • Alət konversiya nöqtələri və istifadəçi filterinin optimallaşdırılması;
  • Agentliklər və digər satış tərəfdaşları ilə əməkdaşlıqların həyata keçirilməsi;
  • Yeni texnologiyaların qiymətləndirilməsi və zəruri hallarda rəhbərliyə təqdimatın hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (marketinq və ya müvafiq sahə üzrə təhsil);
  • İş təcrübəsi: rəqəmsal marketinq sahəsi üzrə minimum 3 il;
  • SEO/SEM, marketinq məlumat bazası, email, sosial media və display reklam kampaniyalarının həyata keçirilməsi və planlaşdırılması üzrə təcrübə;
  • Hədəf auditoriyasının təyin olunması və  əlaqələndirici, məlumatlandırıcı və ruhlandırıcı rəqəmsal marketinq kampaniyalarının hazırlanması üzrə yüksək səviyyədə təşəbbüskarlıq;
  • İstifadəçi filteri və açılış səhifələrinin optimallaşdırılması üzrə təcrübə;
  • A/B və çoxölçülü eksperimentlər üzrə təcrübə;
  • Google Adwords kampaniyalarının qurulması və optimallaşdırılması üzrə təcrübə;
  • Veb analitika alətləri üzrə yüksək səviyyədə biliklər;
  • Reklam xidməti alətləri üzrə praktiki biliklər;
  • HTML, CSS, and JavaScript üzrə minimal biliklər;
  • Onlayn Marketinq sahəsi üzrə ən son trendlər və uğurlu təcrübələr üzrə məlumatlar;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point);
  • Məlumatların idarə olunması üzrə düşünmə və analitik təhliletmə qabiliyyəti (data-driven thinking);
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Rəqəmsal marketinq üzrə mütəxəssis qeyd edərək 23 mart 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı