Qısa məzmun
Offissa Dizayn Ko Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə Öhdəlikləri:
- Rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək;
- Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək;
- Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO);
- Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək;
- Müxtəlif Veb analitika alətlərindən (Google Analytics, Web Trends və s.) istifadə edərək rəqəmsal marketinq fəaliyyətlərini analiz etmək
- Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.);
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi;
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuların şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması;
- Sosial media üçün aylıq post planının hazırlanması;
- Linkedln,Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi
- Günlük və həftəlik kontentin hazırlanması (foto,video,mətn və.s) və sosial mediada paylaşmasını təmin etmək;
- Şirkətin sosial şəbəkə hesablarının aylıq nəticələri haqqında hesabatların hazırlanması;
- e-poçt marketinqi üzrə strategiyanın hazırlanması
Namizəddə Tələblər:
- Biznes, Maliyyə, Marketinq sahələrindən biri üzrə ali təhsil
- Minimum 2 il təcrübə(rəqəmsal marketinq istiqaməti üzrə)
- Dil bilikləri: Azərbaycan dili, Rus və ya İngilis dilinin olması üstünlükdür
- MS Office,Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar;
- SEO və SEM üzrə praktik biliklər
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı
- Facebook Business manager və Meta Business Suite i ətraflı bilməli
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- İş həftəsi – 6 günlük (bazar ertəsi- şənbə günü). Şənbə günü qısaldılmış iş günü.
- Nahar vaxtı – 13 00- 14 00-dək
- Əmək haqqı: 700 AZN
- CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Manager
Experience: Minimum 3 years in retail or brand management Salary: Negotiable Contract Type: Official employment per the Labor Code of Azerbaijan About the Company: We are ...