Rəqəmsal Marketinq Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC Group şirkəti Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Facebook Ads, Instagram Ads, Linkedin Ads, Google Search Ads, Google Display Ads və digər platformalardan reklamların idarə olunması;
  • Sayta keyfiyyətli trafik çəkəcək böyük açar söz siyahıları hazırlanması, mənfi açar sözlərin tapılması və kampaniyaların açar sözlərə görə optimizasiyanın aparılması;
  • Bizneslərin rəqəmsal marketinq strategiyalarının hazırlanması;
  • Sosial media marketinq və kontent marketinq layihələrinin həyata keçirilməsi və idarə olunması;
  • SEO / SEM, proqramı ilə işlənməsi;
  • Google Analytics, Google Adwords, Google Tag Manager, Facebook Pixeldə işləmə;
  • Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI) ;
  • Korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, CMS və digər alətlərdən istifadə edərək sayta ümumi nəzarətin təşkili;
  • Hədəf auditoriyaların müəyyənləşdirilməsi, mövcud və yeni yaradılacaq kampaniyalara görə effektiv hədəfləmələrin aparılması və optimizasiyası;
  • Dünya və yerli gündəmdə baş verən yeniklərin, trendlərin izlənməsi və onların işdə tətbiqi;

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
  • Marketinq, rəqəmsal marketinq sahəsində  müvafiq  biliklərin olması;
  • Rəqəmsal marketinq sahəsində yenilikləri araşdırıb, təhlil və tətbiq etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Ana dilini mükəmməl səviyyədə (ingilis dili,türk dili  bilgisi üstünlükdür ) bilmək;
  • Məsuliyyətli, punktual, həvəsli, operativ olması;
  • Analitik düşünmə və araşdırma  qabiliyyətinin olması;

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “rəqəmsal marketinq mütəxəssisi” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Mənbə: JobSearch.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı