Rəqəmsal marketing üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Rəqəmsal marketing üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifələr:

  • Instagram və Facebook reklam kampaniyalarını planlaşdırmaq, işə salmaq və optimallaşdırmaq;
  • Google Ads və kontekst reklam sistemlərində kampaniyalar aparmaq;
  • Retargeting / remarketing kampaniyaları tətbiq etmək və idarə etmək;
  • Reklam kampaniyalarının statistik göstəricilərini toplamaq, analiz etmək və hesabatlar hazırlamaq;
  • Kampaniya nəticələrinə əsaslanaraq strategiyalar düzəliş etmək və yeni ideyalar təklif etmək;
  • Kontent planını vizual mütəxəssislə koordinasiya etmək, məzmun və kreativ tələbləri müəyyənləşdirmək;
  • Blogerlər, influencerlər və dizaynerlərlə əməkdaşlıq layihələrində iştirak etmək və nəzarət etmək;
  • Offline və online marketinq tapşırıqlarını (şourum tədbirləri, bannerlər, kataloqlar) vaxtında həyata keçirmək;
  • Beynəlxalq marketinq təcrübələrinin araşdırılması və müvafiq trend ideyaların mütəmadi olaraq təqdim edilməsi;
  • Məsuliyyət daşımaq, vaxtında işi çatdırmaq bacarığını nümayiş etdirmək;
  • Verilən əlavə tapşırıqları vaxtında icra etmək.

Namizədə tələblər:

  • Instagram / Facebook reklam sistemlərində ən azı 1–2 illik təcrübə;
  • Statistik analiz bacarığı və rəqəmsal göstəricilərlə çalışma qabiliyyəti;
  • KPI və marketinq konsepsiyaları barədə bilik;
  • Vizual mütəxəssislə əməkdaşlıq etmə təcrübəsi və tapşırıq vermə bacarığı;
  • Məsuliyyətli çalışma, vaxtı idarə etmək bacarığı və nəticəyə yönəlmiş düşüncə;
  • Offline marketinq fəaliyyəti barədə anlayış və qabiliyyət;
  • CapCut və digər video redaktə və montaj tətbiqlərində peşəkar işləmə bacarığı (videoları sürətli və keyfiyyətli montaj etmək);
  • Yaradıcılıq, ideya vermə qabiliyyəti və təkliflər gətirmə bacarığı;
  • Beynəlxalq marketinq trendlərinin araşdırılması və öz işinə tətbiq edilməsi istəyi.

Bizim Təklifimiz:

  • Premium markada strateji və icra rolu;
  • Fikir və təşəbbüsə açıq iş mühiti;
  • Peşəkar inkişaf və beynəlxalq təcrübə öyrənmək imkanı;
  • Formal əmək müqaviləsi və hüquqi təminatlar.
  • Əmək haqqı – 1000 – 1200 azn

Tələblərə uğun namizədlər mövzu yerində “Rəqəmsal marketing üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində göstərilən  e-mail ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

SMM mütəxəssisi

İnci Group of Companies SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.10.2025 - Bakı