Rəqəmsal marketinq üzrə ekspert
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC Rəqəmsal marketinq üzrə ekspert vəzifəsi üzrə vakansiya elan edir.

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Rəqəmsal Marketinq üzrə Ekspert kimi siz rəqəmsal marketinq strategiyalarının yaradılması və tətbiq edilməsindən ibarətdir.

Vakansiya haqqında

  • Şirkət: Azerconnect
    Funksiya :Marketinq
    İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
    Son müraciət tarixi : 13 September 2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Brendlərin kommunikasiya strategiyalarına uyğun olan rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək
  • Kampaniyaların effektivliyini izləmək, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək
  • Rəqəmsal reklam yerləşdirilməsi üzrə büdcələrin təyin edilməsinə və hər bir yerləşdirmə kanalları (Google, Sosial Media və yerli veb saytlar) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək
  • Veb sayt və mobil tətbiqlərin statistik və müştəri təcrübəsi göstəricilərinin daim yüksək səviyyədə saxlanılmasını və təkmilləşdirilməsini təmin etmək
  • Rəqəmsal marketinq agentlikləri ilə iş prosesinə nəzarət etmək, kampaniya briflərinin yazılmasına və kommunikasiyasına dəstək göstərmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, Marketinq, Menecement və ya Biznes Administrasiyası üzrə Ali təhsil
  • Rəqəmsal marketinq, brend və reklam işi sahəsində minimum 3-5 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Müştəri yönümlü
  • Kreativlik
  • Layihələri idarə etmə bacarığı
  • Komanda işi və əməkdaşlıq etmə bacarığı
  • Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili üstünlük hesab olunur)
  • Microsoft Office proqramlarını bilmək

Müraciət etmək üçün:

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimizdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı