Rəqəmsal marketing
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Javiddo Group Rəqəmsal marketing vəzifəsi üzrə vakansiya elan edir.

“Javiddo Group MMC & LLC” – şirkəti, Azərbaycan və dünya bazarı üçün öz marka adı altında avto ehtiyyat hissələri istehsal edib satışını təşkil edir.

İş barədə məlumat:

  • Rəqəmsal kanallar vasitəsilə (Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) brendi və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
  • Şirkətin sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini təmin etmək;
  • Şirkətin rəqəmsal platformada aktivliyinin təmin etmək;
  • Müxtəlif Veb analitika alətlərindən (Google Analytics, Veb Trends və s.) istifadə edərək rəqəmsal marketinq fəaliyyətlərini analiz etmək;
  • Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO);
  • Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
  • Sosial media agentlikləri ilə iş prosesinin koordinasiyası;
  • Şirkətin korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanmasında iştirak etmək.

Namizəd üçün tələblər:

  • Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
  • Azərbaycan, ingilis dillərində yaxşı səviyyədə danışıq və yazı bacarığına (rus dili arzu olunandır);
  • Rəqəmsal marketinq üzrə minimum 3 il iş təcrübəsinə;
  • Ofis proqramlarında sərbəst iş bacarığına;
  • Ünsiyyət və təqdimat bacarıqlarına;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;
  • CMS-lərlə işləmə bacarığına malik olan şəxs;
  • DMI və ya bənzər sertifikatlara malik olması üstünlükdür.

Biz təklif edirik:

  • Nahar şirkət tərəfindən təmin olunur
  • Hər 15 gündən bir maaş
  • 1 – 5 gün 09:00 – 18:00
  • 6-cı gün isə 09:00 – 16:00.
  • Hər şərait ilə təmin olunmuş yüksək səviyyədə ofis;
  • Peşəkar və mehriban komanda;
  • Yaxın gələcəkdə xarici ölkələrdə açılacaq yeni ofislərdə iş imkanı.
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında açıqlanacaq.

Ünvan: Azərbaycan, Bakı şəh., Xirdalan dairəsi

Əlaqə məlumatarı:

  • Elturan müəllim
  • 051 852 5104 ( Whatsapp )
  • e.nabiyev@javiddo.com
  • www.javiddo.com

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı