Rəqəmsal Marketinq Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Araz Supermarket Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil müvafiq sahədə;
  • 1 il və daha artıq SMM sahəsi üzrə iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili- əla; Rus dili -arzuolunandır;
  • Microsoft Office bilikləri;
  • Yaradıcı, cəld, kreativ və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Telegram, LinkedIn, Youtube və s.) ilə işləmək;
  • Saytda məlumatların yerləşdirilməsi, kampaniya və endirimlərlə bağlı məhsulların yerləşdirilməsi;
  • Mobil tətbiqdə məlumatların yerləşdirilməsi, kampaniya və endirimlərlə bağlı məhsulların yerləşdirilməsi;
  • Sosial mediadan gələn şərhlərə nəzər yetirilməsi;
  • Daim yeniliklərin axtarışında olmaq, yenilikləri Arazda tətbiq etməkdə təşəbbüskarlıq etmək;
  • Məzmunun informativ və cəlbedici olmasını təmin etmək üçün kopirayterlər və dizaynerlərlə işləmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Rəqəmsal Marketinq Mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı