Rəqəmsal Marketinq Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Halal-P Rəqəmsal Marketinq Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Rəqəmsal marketinq, brend və reklam işi sahəsində iş təcrübəsi bizim üçün vacibdir.
  • Bizim kreativ Rəqəmsal Marketinq Menecerimiz, yəni sən, Müştəri yönümlüsən və yazılı və şifahi ünsiyyət bacarıqlarınla yeni şirkətlərin cəlb edilməsi ilə məşğul olursan.
  • Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

  • Brendlərin və portfolio məhsullarının kommunikasiya strategiyalarına uyğun olaraq rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
  • Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək.

Bacarıqların:

  • Layihələri idarə etmə bacarığı;
  • Startap tipli layihələrdən anlayışlı olmaq;
  • Komanda işi və əməkdaşlıq etmə bacarığı;
  • Azərbaycan və İngilis dillərini səlis bilmək;
  • Müxtəlif reklam platformaları və alətləri ilə praktik təcrübə (Google Ads, Facebook Business Manager və s.);
  • Analitik platformalarla iş təcrübəsi (Google Analytics, Adjust və s.);
  • MS Office proqramlarını bilmək.

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  1. CV – bənzər bir təcrübənin varlığına baxırıq
  2. Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
  3. Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  4. Rəhbərlə müsahibə

Şərtlər:

  • yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
  • sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
  • marketinqin əsas prinsipərini araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
  • daha çox partnyor, daha çox layihə cəlb edərək sən daha yaxşı nəticələrə imza ata bilərsən.
  • iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Rəqabətyönümlü əmək haqqı!

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutma.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı