Qısa məzmun
Yapi Kredi Bank Rəqəmsal bankçılıq üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil;
- Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;
- Rəqəmsal məhsulun və xidmətin inkişafında düzgün prioritetlərin təyin edilməsi bacarığı;
- Kart ödəniş sistemləri üzrə biliklər arzuolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə təqdimat bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
İş barədə:
- Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
- İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;
- Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
- İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
- Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;
- Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
- Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
- Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
- Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyi işinin təşkil edilməsi;
- Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.
Oxşar vakansiya siyahısı:
Maliyyə meneceri
AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisiEmbafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...