Qısa məzmun
Xalq Bank Rəqəmsal Bankçılıq İdarəsinin Məhsul və xidmətlər şöbəsi vəzifəsi üzrə vakansiya elan edir.
Daxil olmaq üçün link: https://qlor.me/llw60qj80
Təsvir
· Yeni rəqəmsal məhsul və xidmətlərin yaradılması ,habelə ənənəvi bank məhsullarının rəqəmsallaşdırılması istiqamətində işləri təşkil etmək;
· İnternet və mobil bankçılıq tətbiqlərində yeni funksionallıqların reallaşdırılması üçün tələblərin tərtib etmək;
· İstifadəçi qəbulu sınaqlarını(UAT) aidiyyati struktur bölmələr ilə birlikdə həyata keçirmək və funksionallığı təhvil vermək;
· Texniki xətaları, biznes proseslərdə boşluqları müəyyənləşdirmək və aradan qaldırılması üçün tətbirlər görmək;
· Mövcud və təklif edilən yeni proseslərin sxematik vizuallaşdırılması;
· Rəqəmsal xidmətlər üçün bankdaxili biznes proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə zəruri sənədləri tərtib etmək(flow, diagram,istifadəçi use case-ları, iş planı, texniki tələblər və s.);
· Yeni rəqəmsal xidmət və məhsullar üçün tələblərin formalaşdırılmasında müvafiq Biznes, əməliyyat, texniki struktur bölmələri və kənar təchizatçılarla birgə fəaliyyəti təşkil etmək;
· Verilən biznes tələbləri təhlil etmək, zənginləşdirmək və texniki tələbləri formalaşdırmaq;
· Bankdaxili sistemlərdə baş verən dəyişikliklərdən dolayı Rəqəmsal bankçılıq tətbiqlərinin adaptasiyası üçün zəruri işləri müəyyənləşdirmək və icrasını təşkil etmək;
· Yerli və xarici bazarlarda yeni maliyyə texnologiyalarını araşdırmaq və tətbiqi üçün təkliflər hazırlamaq;
· Rəqəmsal bankçılıq üzrə həyata keçirilən işlər və layihələrin icrası prosesləri üzrə hesabat aparmaq;
Tələblər
· Ali magistr təhsili;
· Rəqəmsal xidmətlərin inkişafı sahəsində Biznes analitik kimi minimum 1 il təcrübənin olması;
· Biznes tələblər və texniki sənədlərlə iş təcrübəsi;
· Rəqəmsal maliyyə texnologiyaları barədə biliklərin olması;
· İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
· Güclü analitik düşünmə qabiliyyəti;
· Rus və ingilis dilini bilmək arzuolunandır;
· Layihələrin idarəedilməsi üzrə bilik və sertifikatlarin olması üstünlükdür;
· Bank və ödəniş sistemləri(Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması;
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...