Rəqəmsal bankçılığın dəstəklənməsi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan beynəlxalq Bank Rəqəmsal bankçılığın dəstəklənməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal Biznes departamentinə rəqəmsal bankçılığın dəstəklənməsi üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Müştərilərə Bankın təqdim etdiyi xidmət barədə ətraflı məlumat vermək;
  • Sosial şəbəkə, mobil əlavə, telefon və çat vasitəsilə müştərilərdən daxil olan sorğuları cavablandırmaq;
  • Yaradılan yeni rəqəmsal məhsulları müştərilərlə birgə test etmək və tanıtmaq;
  • Müştəri məmnuniyyətini qiymətləndirmək üçün sorğu anketi yaratmaq, aparılan sorğu nəticəsində xidmət keyfiyyətini qiymətləndirmək;
  • İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
  • İstifadəçilərin tələblərini öyrənmək, məhsulun inkişafı üçün yeni təkliflər hazırlamaq;
  • Daxil olmuş sorğuları təhlil etmək və nəticəni rəhbərliyə təqdim etmək;
  • Məhsulla bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
  • Bazar tendensiyaları barədə ətraflı araşdırma aparmaq;
  • Məhsulun yaranma və inkişaf prosesini öyrənmək üçün komanda ilə yaxından işləmək;
  • Layihə ilə bağlı komanda üzvlərinə dəstək olmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Minimum bir il iş təcrübəsinə sahib;
  • Bank proseslərini bilən və təcrübəyə sahib (arzuolunandır);
  • Komandada və fərdi şəkildə işləmək bacarığı olan;
  • Güclü təhlil və riyazi bacarıqları olan;
  • Strateji və taktiki düşüncə qabiliyyəti olan;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyəti olan;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yarada bilən;
  • “Agile” metodologiyaları üzrə bilikləri olan (arzuolunandır);
  • Mükəmməl ünsiyyət bacarıqları və xarici dil bilikləri (ingilis və rus dili) olan şəxsdir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal Bankçılığın dəstəklənməsi üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı