Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Bank şirkəti Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya texniki istiqaməti üzrə magistr təhsilin olması;
  • Ən azı 1 il rəqəmsal bank xidmətlərin inkişafı sahəsində təcrübə və ya bank məhsullarının inkişafı layihələrində praktiki iştiraki;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Rəqəmsal texnologiyalar barədə bilikli olmaq;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Bank qanunvericiliyi barədə dərin biliklərə sahib olmaq;
  • Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, nəticə yonümlü;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Rus və ingilis dilini bilmək arzuolunandır;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Layihələrin idarəedilməsi metodologiyaları ilə tanış olması və praktiki tətbiqi üstünlükdür ;
  • Müxtəlif proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti.

İşin təsviri:

  • Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
  • Rəqəmsal məhsul və xidmətlərin yaradılması proseslərində iştirak;
  • Rəqəmsal bankçılıq platformalarının funksional inkişafı istiqamətində texnoloji imkanları təhlili;
  • Rəqəmsal tətbiqlərin inkişafı ilə əlaqədar biznes tələblərinin formalaşdırılması və icrası prosesini təşkili, zərurət yarandığı halda Bankın müvafiq struktur bölmələri və kənar təşkilatlar ilə birgə texniki tapşırıqların hazırlanması və onların icrasınının koordinasiyası;
  • İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
  • Rəqəmsal bankçılıq platformalarında və əməliyyat sistemlərində sınaqların həyata keçirilməsi;
  • Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
  • Rəqəmsal bankçılıq məhsul və xidmətlərinin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkili;
  • Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin keçirilməsi;
  • Bankın rəqəmsal texnologiyalı infrastrukturunun, məhsul və xidmətlərinin inkişaf etdirilməsi istiqamətində təkliflərin hazırlanması;
  • Bankın müştərilərinə xidmət göstərən əməkdaşlara dəstəyin göstərilməsi;
  • Rəqəmsal platformalar vasitəsilə məhsul və xidmətlərin satış potensialını artırılması üçün istifadəçi təcrübələrinin yaxşılaşdırılması istiqamətində mütəmadi iş prosesini təmin etmək;
  • Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partyorları ilə işin koordinasiyası.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

  • E – mail: cv@xalqbank.az
  • Telefon: (012) 404 43 39
  • Faks: (012) 404 43 34

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı