Qısa məzmun
ATKİNS Rəngsaz vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi müddəalar:
- Rəngsaz vəzifəsinə orta və ya natamam ali təhsili olan şəxs təyin olunur.
Əsas vəzifələr:
- Şirkətin istehsalat sahələrində, anbar və s. yardımçı və köməkçi işlərin yerinə yetirilməsi.
- Əməliyyat sahəsinin, üzərində dayanmaq üçün səthaltı dayaqların və bütün lazımi materialların hazırlanması.
- Tikililərin boyanılması.
- Səthlərin malalanması.
- Digər tikinti-tamamlama işlərinin həyata keçirilməsi.
- Suvaq çəkilən və boyadılan səthlərin lazımi keyfiyyətdə saxlanılması və ehtiyac olduqda təmir edilməsi.
- Sağlamlıq və təhlükəsizlik tədbirlərinin görülməsi.
- Gündəlik iş və dövri inkişafa dair nəzarətin həyata keçirilməsi və məruzə edilməsi
- Rəhbərin digər tapşırıqlarını yerinə yetirir.
- Müəssisənin ümumi qanunlarına və təhlükəsizlik qaydalarına əməl etməlidir.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@bwc.az elektron poçtun ünvanına göndərə bilərlər.