Regional Satış Müdiri
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Veysəloğlu MMC şirkəti Regional satış Müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri

Təhsil: Ali (Biznesin İdaredilməsi,Marketinq və ya İqtisad yönümlü).

Vəzifə öhdəlikləri:

  • Günlük satış analizini kateqoriya bazında araşdırmaq ,Satış hesabatlarını kontrol və analiz etmək;
  • Satış müdirlərinin və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək;
  • Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət etmək;
  • Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət etmək,mütəmadi ezamiyyətə getmək;
  • Ərazidəki potensiallı müştərilərin satışına mütəmadi olaraq nəzarət etmək və satışın artırılması istiqamətində təkliflər vermək;
  • Hər ayın əvvəli keçən ayın satış müdiri və satış təmsilçi bazında (rayon üzrə sub kateqoriya satışlar və nöqtə sayı) hesabatları təqdim etmək;
  • Rəhbərlik tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələrin icra edilməsi

Tələblər:

  • Satış sahəsi üzrə rəhbər kimi ən azı 3 il təcrübə;
  • Analitik düşünmə və problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət qurma və təqdimat bacarığı;
  • Təşəbbüskarlıq,mükəmməl mentorluq,kouçinq,komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Microsoft Office (Excel) komputer proqramından sərbəst istifadə etmək bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

İş qrafiki: 5 gün 09:00-dan 18:00-dək

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “regional satış müdiri” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı