Regional Hüquqşünas ( Biləsuvar,Salyan,Neftçala )
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Regional Hüquqşünas ( Biləsuvar,Salyan,Neftçala ) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdimedilməsi;
  • Məhkəmə proseslərində təmsilçilik;
  • Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
  • Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaqvə borclarının ödənilməsində iştirak etmək;
  • Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
  • Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
  • Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar  təqdim etmək, onların göstərişlərini icra etmək.

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
  • Müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.

Çalışacağı regionlar – Biləsuvar,Salyan,Neftçala

Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Regional Hüquqşünas” qeyd etməklə  career@mktcotton.com mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı