Regional baş nəqliyyat mexaniki
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Regional baş nəqliyyat mexaniki vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • “MKT-İK” MMC-nin Regionlarda yerləşən filialların nəqliyyat şöbəsinə rəhbərlik edir;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
  • Rəhbərlik etdiyi bölgədə kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyyat hissələrini bölgüsünü həyata keçirir;
  • Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
  • Bölgə üzrə mexanizatorların, kənd təsərrüfatı texnikasının,qoşqu və aqreqatların iş yükünə görə bölgüsünü həyata keçirir;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
  • Təmir işlərinin ardıcıllığını planlaşdırır;

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
  • Müvafiq sahədə 5 illik iş təcrübəsi;
  • Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Regionlarda işləyə bilmək.

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Regional baş nəqliyyat mexaniki” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı