Regioanal menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Para BOKT Regional meneceri vəzifəsi üzrə vakansiya elan edir. İqtisadiyyat sahəsində ali təhsilin olması vacibdir.

Tələblər:

  • İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil və maliyyə sektorunda uzunmüddətli təcrübə;
  • Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 50 %-ə qədərini səfər etmək bacarığı;
  • Orta rəhbərlik səviyyəsində (məsələn filial meneceri) aşağıdakılarda ən azı iki il iş təcrübəsinə malik olmaq: mikro-müəssisə kreditləşmə təşkilatı, bankçılıq institutu, proqressiv korporativ mühit, beynəlxalq biznes və ya iqtisadi və biznes inkişafı təşkilatı;
  • Mikromaliyyə sektoru və texnologiyaları haqqında aydın təəssüratı olmalı;
  • Microsoft proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl, rus və inglis dillərində şifahi və yazılı bacarıqları;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik nümayiş etdirməli;
  • Təşəbbüskar, dayanıqlıq, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Üzərinə məsuliyyət götürmək bacarığı, istəyi və yüksək düzgünlük hissi;

Vəzifə öhdəlikləri:

  • Bölgə üzrə filialların əməliyyatlarının sabit genişlənməsi, monitorinqi və sənədləşməsi:
  • Filial əməliyyatlarının effektivliyi
  • Bölgədəki Kredit Portfelinin keyfiyyətini təmin edir
  • Filiallarda mütəmadi monitorinq aparmaqla və bütün siyasət və prosedurlara ciddi riayət olunmasını təmin etməklə gecikmiş kreditlərin idarə olunması
  • Məqbul səviyyələrdən kənar olan filial fəaliyyətlərini dərhal idarə edir və ona qarşı tədbir görür;
  • Regionda işçilərin idarə edilməsi
  • Əməliyyat aparan heyətin müvafiq təlim almalarını təmin edir;
  • Bölgədə çalışan işçi heyətinin təlimi ilə bağlı olan tədris proqramının hazırlanması və yenidən baxılaraq nəzərdən keçirilməsində iştirak edir;
  • İşə yeni qəbul olunmuş və fəaliyyətdə olan işçilərin təlim məsələləri ilə əlaqədar Təlim və İşçilərin İnkişafı üzrə məsul şəxslə yaxından əməkdaşlıq edir;
  • Rəhbərlik tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələri icra edir.

Regional meneceri mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı