Qısa məzmun
İnci Group of Companies Redaktor – korrektor vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, Ulduz metrosunun yaxınlığı
Namizədə Tələblər:
- Ali təhsil (Filologiya, İbtidai sinif müəllimliyi və ya müvafiq sahə);
- 20-35 yaş arası;
- Minimum 1 il iş təcrübəsi;
- Məqalə və tezis yazılarında iştirak etmiş namizədlərə üstünlük verilir;
- Azərbaycan dilində yüksək səviyyədə yazı və qrammatika biliyi;
- Bacarıqlardan asılı olaraq bəzi tələblərdə güzəşt mümkündür.
Vəzifə Öhdəlikləri:
- Nəşriyyata təqdim olunan mətnlərin qrammatik, leksik və üslubi cəhətdən yoxlanılması;
- Mətnlərin orfoqrafik və punktuasiya səhvlərinin aradan qaldırılması;
- Redaktə olunmuş materialların məzmun bütövlüyünü və orijinallığını qorumaqla uyğunlaşdırılması;
İş Şəraiti:
- Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun);
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: müsahibə əsasında bilik və bacarığa uyğun təyin olunur;
- Nahar verilir;
- İş yerinə nəqliyyat xidməti göstərilir.
Müraciət üçün:
CV və portfolio faylınızı “Nəşriyyat üzrə Redaktor-Korrektor” başlığı ilə xanim.m@inci.az e-poçt ünvanına göndərin.