Redaktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Xəzər TV Redaktor vəzifəsi üzrə vakansiya elan edir.Redaktorluq sahəsində fəaliyyətin normativ aktlarını bilməlidir.

Tələb olunan iş stajı:

  • İş saatı:Tam iş günü
  • İxtisas tələbləri: Müvafiq sahədə Ali təhsil;
  • Tələb olunan iş stajı: Müvafiq sahədə ən azı 5 il

Tələblər və bacarıqlar:

  • İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməlidir;
  • Yüksək savada, üslub hissinə, redaktə və ədəbi redaktə bacarıqlarına malik olmalıdır;
  • İnternetdə məlumat axtarışı alətlərini tanımalı və onlardan tam surətdə istifadə etməyi bacarmalıdır;
  • Redaksiyanın işinin təşkili prinsiplərini bilməlidir;
  • Azərbaycan və rus dillərində peşəkar biliklərə malik olmalı;
  • İngilis dilini bilməyi arzuolunandır;

Şəxsi səriştələr:

  • Nəticəyə istiqamətlənməli;
  • Qəbul edilmiş qərara görə məsuliyyət götürmə bacarığı olmalı;
  • Yaradıcılıq qabiliyyəti olmalı;
  • Dəqiq, səbrli və punktual;
  • Stressə dözümlü,ani problemlər zamanı cəld və çevik davranmlı;
  • Komandayla çalışmağı bacarmalı, operativ ve praktik olmalı;

Məsuliyyət sahələri üzrə öhdəliklər:

  • Jurnalistlərin işinin təşkil etmək; Redaksiya tapşırıqlarının vermək; Müvafiq şəkildə mətnlərin redaktə etmək
  • Gündəmdə məlumatların toplanması, təhlili və emalı;
  • Dövlət idarələrinin mətbuat xidmətləri ilə əlaqələri yaratmaq.
  • İnformasiya sorğularının tərtib etmək;
  • Zəruri hallarda, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək;
  • Jurnalistlər tərəfindən redaksiyanın tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Sosial şəbəkələrlə işlərə nəzarət;
  • Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirmək;
  • Press-reliz, yaxud digər portallardan götürülmüş məlumatlar əsasında xəbərlərin təqdim olunması qaydalarına riayət etmək;
  •  Xüsusi mövzuların yaratmaq və mütəmadi yeniləmək;

Əmək haqqı danışıq əsasında təyin edilir.

Əgər sadalanan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, öz anket məlumatlarını (CV) subject/mövzu hissəsində “Redaktor” qeyd etməklə hr@xezertv.az elektron ünvanına göndərə bilərsiniz.

Uyğun namizədlər ilə əlaqə saxlanacaqdır. Uğurlar!

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı