Redaktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Rihand MMC “Redaktor” üzrə vakansiya elan edir.

Rihand startupı olaraq daim öz üzərində çalışan, öz məqsədləri uğrunda daha yüksək zirvələri sürətli şəkildə fəth etmək istəyən, öz işini sevib, işindən və həyatından zövq almaq istəyən, innovativ layihədə çalışmaq istəyən komanda yoldaşlarının axtarışındayıq.

Vəzifəyə olan tələblər

  • Yüksək savada, üslub hissinə,redaktə və ədəbi redaktə bacarığına malik olmalı;
  • İnternetdə məlumat axtarışı panellərini tanımalı və onlardan tam istifadə etməyi bacarmalı;
  • Redaksiyanın işinin təşkili prinsipini bilməlidir.

Vəzifə öhdəlikləri

  • Jurnalistlərin işinin təşkili. Redaksiya tapşırıqlarının verilməsi;
  • Mətnlərin müvafiq şəkildə redaktə edilməsi;
  • Stomotoloqlarin həyatına Və işlərinə aid məlumatların toplanması, hazırlanması və emalı;
  • İnformasiya sorğularının tərtib olunması;
  • Zəruri hallarda mətbuat konfransında və digər tədbirlərdə iştirak etmək;
  • Jurnalistlər tərəfindən redaksiyanın tapşırıqlarının yerinə yetilrilməsinə nəzarət;
  • Sosial şəbəkələrlə işlərə nəzarət;
  • Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi;

Biz nə vəd edirik?

  • Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi
  • Müasir idarəetmə metodikası vasitəsilə qısa zamanda yüksələn iş performansınızı təyin edə bilmə
  • Daxili və xarici bazar təcrübəsindən faydalanmaq
  • Məhsulu inkişaf etdirmə texnikalarının tətbiqinin həyata keçirilməsi üçün sürətli təcrübə qazanılması
  • Daimi öyrənmək, Sürətli inkişaf etmə prespektivi, mehriban və səmimi kollektivdə iş
  • İş keyfiyyətinə görə seçilən şəxslər idarəedici vəzifəyə təyin olunacaq
  • Əmək haqqı + bonuslar
  • İş prosesində performans dəyərləndirilməsi ilə 3 aydan sonra əmək haqqında artım
  • Əlavə olaraq, performans dəyərləndirilməsinə görə motivasiya bonuslarının tətbiq edilməsi
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti

“Rihand Stomotoloqların süni intellekt əsaslı peşəkar profilini hazırlayaraq onların xarici bazarlarda təmsil olunmasını və Rihand marketplace vasitəsi ilə ölkədə tibb turizminin həyata keçirilməsini təmin edir.”

Namizədlərin öz cv-lərini hr@rihand.az email ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adının qeyd edilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...