Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies İşə Qəbul üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Araşdırma bacarıqları olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda İşə Qəbul üzrə Mütəxəssis tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu kriteriyalara əsasən namizədləri qısa siyahıya almaq və vakansiyanları vaxtında bağlamaqdır.
Vəzifə öhdəlikləri:
- “ERP”-də vakansiyaları nəzərdən keçirmək və işə qəbul prosesini müəyyənləşdirmək
- İşəgötürən menecer ilə iş təsvirini və işə qəbul meyarlarını nəzərdən keçirmək
- İş elanlarını müəyyən edilmiş mənbələrdə yerləşdirmək və yeniləmək
- “CV”-ləri vəzifənin kriteriyalarına əsasən nəzərdən keçirmək
- Namizədlərlə ilkin müsahibələri təşkil etmək
- Seçilən namizədləri işəgötürən menecerətəqdim etmək və müsahibələri keçirmək
- Namizədin məlumatlarını yoxlamaq, “ERP”-də vəzifəni bağlamaq və iş təklifini göndərmək
- “CV” bazasını nəzərdən keçirmək və yeniləmək
- Sinteks Karyera Sosial Media səhifələrini idarə etmək
Əsas tələblər:
- Təhsil:
- Biznesin idarə edilməsi, İnsan Resurslarının idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
- Təcrübə:
- İnsan Resursları/İşə Qəbul üzrə ən azı 2 il iş təcrübəsi
- Professional biliklər:
- İşə qəbul prosesini bilmək
- İnsan Resursları və İşə qəbul üzrə proqramlarını, ERP sistemini bilmək
- Azərbaycan və Rus dillərini mükəmməl, İnglis dilini yaxşı səviyyədə bilmək
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını mükəmməl səviyyədə bilmək
- Professional bacarıqlar və kompetensiyalar:
- Müsahibə bacarıqları
- Tədqiqatçılıq bacarıqları
- Ünsiyyət bacarıqları
- Stressin idarə olunması
- Nəticə yönümlülük
- Zamanın idarə olunması
- Analitik bacarıqlar
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Recruitment Specialist” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.