Əməliyyatçı (Receptionist)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Flag Academy Əməliyyatçı (Receptionist) vəzifəsi üzrə vakansiya elan edir.

“Flag Academy” öz fəaliyyət istiqamətini peşəkar təlim, xarici dil proqramları və xaricdə təhsil olaraq müəyyənləşdirmiş yeni və müasir tipli tədris mərkəzidir. Bu məqsədlə, Akamediyamız müxtəlif istiqamətlərdə peşəkarların bilik və bacarıqlarından faydalanmaq üçün vakansiya elan edir.

Vakansiya: Əməliyyatçı (Receptionist)

İş şəraiti:

  • Akademiya bütün nəqliyyat vasitələri ilə rahat gedib-gələ biləcəyiniz müasir iş mərkəzində yerləşir.
  • İlk gündən əmək müqaviləsi imzalanaraq rəsmiləşdirmə edilir.
  • Vəzifə 6 günlük iş rejimi (10:00 – 19:00) ilə işləməyi tələb edir.
  • Təcrübənizdən asılı olaraq daima artan əmək haqqı (müsahibə zamanı müəyyən ediləcək) təklif edilir.
  • Gülərüz və mehriban tədris kollektivi sizin rahat uyğunlaşmağınıza kömək edəcək.

Vəzifə öhdəlikləri:

  • Akademiyaya müraciət edənlərin mədəni və gülərüz qarşılamaq və qeydiyyatlarını aparacaqsız.
  • Tədris olunan proqramları həm şəxsən, həm də telefonla müraciət edənlərə ətraflı izah edəcəksiz.
  • Akademiyaya məxsus sosial hesablara edilən müraciətləri cavablandıracaqsız.
  • Daxili sənədlərin, kitab və jurnalların daima düzgün tərtibatını həyata keçirəcəksiz.
  • Direktorun tapşırdığı digər işlərin yerinə yetirəcəksiz.

Namizədə dair tələblər:

  • Yalnız xanım namizədlər diqqətə alınır.
  • Ali təhsil üstünlük olsa da, tam orta təhsilli gənclər də müraciət edə bilər.
  • 19-25 yaş aralığını vakansiya üçün ideal hesab edilir.
  • İş təcrübəsi olanlara üstünlük verilsə də, olmayan bacarıqlı və mədəni gənclərə də diqqət edilir.
  • Azərbaycan və Rus dillərində səlis danışa bilmək və savadlı yaza bilmək mütləqdir.
  • Excel və Word proqramlarında, sosial şəbəkələrdə tərəddüdsüz işləyə bilmə vacibdir.
  • Xüsusilə səlis nitq qabiliyyəti, dəqiq və operativ işləmə bacarığı olan, öz işinə diqqətcil və məsuliyyətli yanaşan mehriban və gülərüz gənclər prioritetimizdir

Uyğun namizədlər şəkilli CV-lərini əməliyyatçı və ya receptionist qeydi ilə hr@flagacademy.az elektron poçt ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı