Receptionist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Caspian Entertainment Company MMC Qəbul otağının işçisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və Rus dillərində səlis danışmalıdır.

Caspian Entertainment Company MMC ölkəmizdə çoxsaylı əyləncə və təhsil layihələrinə sahib olan, etdikləri işi sevən istedadlı və iddialı şəxslərdən ibarət gənc bir şirkətdir.

Şirkət 2018-ci ildə, Paşa Holdinqin nəzdində tematik əyləncə turistik yerləri inkişaf etdirmək və fəaliyyətini təmin etmək, eyni zamanda hər yaşda olan körpələr və uşaqlar üçün fərqli təhsil və əyləncə alternativləri təmin etmək məqsədi ilə təsis edilmişdir.

Vəzifə- “Receptionist/ Qəbul otağının işçisi”

Öhdəliklər:

  • Şirkətə gələn bütün qonaqların qeydiyyata alınmasının təmin edilməsi
  • Bütün qonaqların nəzaklətlə və peşəkarcasına qəbulu və qarşılanması
  • Qonaqların müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi
  • Şirkətə daxil olan bütün məktubların qəbul olunması və onların müvafiq şöbələrə çatdırılması
  • Şirkətə daxil olan zənglərin qəbulu və onların aidiyyatı şəxslərə istiqamətləndirilməsi
  • İşçinin yerində olmadığı hallarda, onlar üçün buraxılan bütün məlumatların ətraflı və dolğun surətdə qeydə alınması və işçiyə çatdırılması
  • Bütün beynəlxalq danışıqların qeydiyyatının aparılması
  • Yaranmış problemlər barədə dərhal İnzibati direktora məruzə etmək
  • Hər zaman qəbul otağının təmiz və səliqəli saxlanılması
  • Tələb olunduğu halda, sənədlərin surətlərinin çıxarılması, tikilməsi və s. kimi işlərdə işçi heyətə yardım etmək

Tələblər:

  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları
  • Azərbaycan və Rus dillərində səlis danışmaq, orta səviyyədə İngilis dili.
  • Microsoft Office proqramlarında sərbəst işləmə və hesabat bacarıqlarına sahib olmaq
  • Müvafiq sahədə 1 il təcrübə

E-mail: hr@caspianentertainment.com

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

27.03.2024 - Bakı