Receptionist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Receptionist vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Resepşionist tələb olunur.

İşin rolu:

Bu rol daxil olan qonaqların, sənədlərin və zənqlərin vaxtında qəbul edilməsini və düzgün yönləndirməsini təmin edir.

Vəzifə öhdəlikləri:

  • Ofisə daxil olan telefon zənglərini cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək
  • Qonaqları qarşılamaq, qeydiyyatını aparmaq və aidiyyəti şöbələri məlumatlandırmaq
  • Gündəlik sənədləri qəbul etmək, qeydiyyatını aparmaq və təhvil vermək
  • Poçt xidmətləri üzrə hesab-fakturaları yoxlamaq
  • Görüş otağını rezervasiya etmək
  • Kuryerin işinin planlamasını etmək

Əsas tələblər:

İxtisas / Təhsil:

  • Müvafiq sahə üzrə Ali Təhsil

Təcrübə:

  • Resepşionist, Front Ofis Nümayəndəsi və ya xidmət sahəsində ən azı 1 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • Rus və Azərbaycan dillərini səlis bilmək (İngilis dili arzu olunandır)
  • Yüksək səviyyədə MS Office Proqramlarını bilmək

Kompetensiyalar:

  • Ünsiyyət Bacarıqları
  • Stressə davamlılıq
  • Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Resepşionist” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı