Receptionist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

DHL Express Baku Receptionist vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin əsas məqsədləri:

  • Şirkətin daxili prosedurlarına və standartlarına uyğun olaraq, yükləri qəbul etmək və təhvil vermək, şirkətin məhsul və xidmətləri haqqında yüksək və keyfiyyətli məlumat vermək. Yeni müştərilərin cəlb edilməsi və yüksək səviyyəli xidmətin təmin edilməsi.

Öhdəliklər:

  • Şirkətin məhsul və xidmətləri ilə bağlı müştərilərin sorğularını cavablandırmaq və öz vəzifəsini məsuliyyətlə yerinə yetirmək.
  • Müştərilərdən şirkətin daxili əməliyyat prosedurlarına və iş təlimatlarına uyğun olaraq, yükləri qəbul etmək, xüsusi quraşdırılmış proqram təminatından istifadə etməklə aviadaşıma qaimələrinin və digər nəqliyyat sənədlərinin doldurulması.
  • Yüklərin tərkibinin yoxlanılması və müştərilərə şirkətin təhlükəsizlik siyasətinə və mövcud DHL Express qlobal əməliyyat standartlarına uyğun olaraq yüklərin qablaşdırılmasında kömək göstərilməsi.
  • Müştərilərə şirkətin əlavə xidmətlərini tanıtmaq və təklif etmək.
  • Müştərilərə tariflər və tranzit müddət haqqında düzgün məlumat vermək.
  • Müştərilərə yüklərin izlənməsi ilə bağlı ilkin məlumat bildirmək.
  • Problemli vəziyyətləri rəhbərliyə çatdırmadan həll etməyə çalışmaq. Yazılı şikayətlər olduqda, dərhal rəhbərliyə məlumat vermək;
  • Müştəri xidmətləri şöbəsində iş qaydalarına uyğun olaraq iş cədvəlinə ciddi riayət etmək.
  • Xidməti vəzifələrinin icrası ilə bağlı şöbə müdiriyyətinin şifahi, yazılı təlimatlarına əməl etmək və hesabatlar təqdim etmək.
  • İstehsalat intizamına, daxili əmək qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə tələblərinə ciddi riayət etmək.
  • İşəgötürənin avadanlıqlarından və digər əmlakından ehtiyatla istifadə etmək, habelə digər İşçilərin əmlak təhlükəsizliyinə diqqət yetirmək.

İxtisas və iş təcrübəsi üçün tələblər:

  • Ali təhsil;
  • Intermediate səviyyəsindən aşağı olmayan İngilis və Rus dillərinin biliyi;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Qrammatik cəhətdən düzgün nitq;
  • Maliyyə hesablamalarını aparmaq bacarığı;
  • Detallara diqqət;
  • Müştəri xidmətləri sahəsində təcrübəyə üstünlük verilir;
  • Birbaşa satış təcrübəsi üstünlükdür.

İş saatları:

  • Həftənin 5 günü, iş vaxtı 09:00-dan 18:00-dək; şənbə günü, saat 09:00-dan 15:00-dək, Nahar 13:00-dan 14:00-dək

Qeyd: Əmək haqqı müsahibə zamanı bildiriləcək.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı