Reception
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“BERLIN MP” mağazalar şəbəkəsi müştəri xidmətləri təmsilçisi (“reception”) vəzifəsi üzrə vakansiya elan edir. Gülərüzlü, səmimi, səbrli, məsuliyyətli və dinamik olmalıdır.

“MAGIC POWDER” şirkəti (“BERLIN MP” mağazalar şəbəkəsi) müştəri xidmətləri təmsilçisi (“reception”) vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

“Alman malı alınmalı” devizi ilə yola çıxan “BERLIN MP” mağazalar şəbəkəsi 2016-cı ildə Bakıda fəaliyyətə başlayıb. “BERLIN MP” kosmetik vasitələrdən dəriyə və saça qulluq məhsullarına, sağlamlıq, gigiyena, ev, səyahət, təmizlik və qida məhsullarından uşaqlar və veqanlar üçün məhsullara qədər 9  fərqli kateqoriyada 5000-dən çox keyfiyyətli alman məhsulu çeşidi ilə bir çox beynəlxalq brendin Azərbaycandakı pərakəndə və topdansatış mərkəzidir.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi
  • Yaş həddi: 20-35
  • Cins: Qadın
  • Təhsil: Ali təhsil
  • Azərbaycan dili əla. İngilis və ya alman dili bilənlərə üstünlük veriləcək.
  • Microsoft Office proqramlarını bilməlidir.
  • Effektiv ünsiyyət bacarığı
  • Gülərüzlü, səmimi, səbrli, məsuliyyətli və dinamik
  • Operativlik, dəqiqlik və problemləri həll etmək qabiliyyəti
  • Təmiz və səliqəli xarici görünüş

Vəzifə öhdəlikləri:

  • Qonaqların qarşılanması;
  • Şirkətə daxil olan zənglərə cavab verilməsi;
  • Qonaqların müvafiq şöbə üzrə yönləndirilməsi;
  • Aidiyyəti işlərlə bağlı elektron yazışmalar aparmaq;
  • Ofisdaxili əməliyyat və prosedurların nəzarətinin həyata keçirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftəiçi 6 gün, saat 10:00-18:00
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Rəsmi müqavilə: Əmək müqaviləsinə əsasən sənədləşmə
  • “BERLIN MP” mağazalar şəbəkəsinin baş ofisinin ünvanı:

“Kempinski Hotel Badamdar” mehmanxanası, 5-ci mərtəbə

Vakansiyaya müraciət üçün CV formanızı office@berlinmp.az elektron poçt ünvanına mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi (“reception”)” qeyd edərək 05.06.2022 tarixinə qədər göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı