Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır.

 

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin İdarəedilməsi departamentində Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Digital Marketing” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərlər.

Struktur: Brendin İdarəedilməsi departamenti
Vəzifə: Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

  • Bankın bütün rəqəmsal marketinq layihələrinin və onların büdcələrinin planlaşdırılması və icrası;
  • Onlayn kanallar vasitəsilə (sosial şəbəkələr, onlayn reklam platformaları və s.) bankın imicinin artırılması və rəqəmsal satış planları üzrə hədəflərə çatmasını təmin etmək;
  • Bnkın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
  • Mütəmadi rəqəmsal kanallar üzrə testlərin edilməsi, kampaniyaların analizi və effektivliklərinin ölçülməsi (ROI və KPI-lar) ;
  • Onlayn analitika platformaları ilə işləmək, onların əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri səyahətlərinin qurulması;
  • Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.

Tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Rəqəmsal marketinqi sevmək;
  • Bu sahədə minimum 3 il iş təcrübəsi;
  • Yaradıcı və analitik düşüncə tərzi;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Dəqiqlik və operativlik;
  • Böyük həcmli və çoxkanallı rəqəmsal kampaniyaları idarəetmə təcrübəsi.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə