Rəqəmsal Marketinq Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Rol haqqında:

Rəqəmsal marketinq mütəxəssisi rəqəmsal marketinq taktikalarından istifadə etməklə müştəri bazasının artırılmasına məsuliyyət daşıyacaq. Bu rol müştəri müraciətlərinin sayını artırmaq və onları real müştəriyə çevirmək məqsədli rəqəmsal marketinq kampaniyalarının eləcə də, sosial medya, websayt və axtarış strategiyasının, hazirlanmasına və icrasina cavabdeh olacaq.

Əsas Vəzifələr:

  • Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
  • Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
  • Rəqəmsal marketinq təqvimini idarə etmək;
  • Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
  • Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
  • Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası; qlobal FINCA rəqəmsal marketinq tablosuna töhfə vermək;
  • Marketinq və digər təşkilati məsələlərlə bağlı Marketinq Departamentinin Meneceri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan bacarıqlar:

  • Marketinq, kommunikasiya, informasiya texnologiyaları sahəsində ali təhsil;
  • Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 2 ildən artıq təcrübə;
  • Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights, Facebook Business Manager, Google Tag Manager üzrə güclü bacarıq və təcrübə;
  • Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi.
  • SEO/SEM biliyi tələb olunur;
  • Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır
  • Onlayn media planlaşdırmasının əsas ölçülərini anlamaq;
  • Ofis proqramlarında müstəqil işləmək bacarığı;
  • Əla analitik və təşkilatçılıq bacarığı.
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
  • Azərbaycanın regionlarına səyahət etmək imkanı;
  • Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (əla), Rus dili (arzuolunandır)

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa,  15 Yanvar, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

https://finca.az/jobs/dijital-marketinq-mutexessisi/

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı