Rəqəmsal həllərin dizaynı şöbəsinə Aparıcı dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Rəqəmsal həllərin dizaynı şöbəsinə Aparıcı dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Rəqəmsal innovasiyalar komandasına qoşulmağın üstünlükləri:

  • Mobil tətbiq, İnternet Bankçılıq və Bankın rəqəmsal məhsullarının yaradılmasında rol almaq;
  • Mikroservis arxitekturası və “DevOps” metodologiyasından istifadə edilməsi;
  • Proqram təminatlarının hazırlanması prosesində ən qabaqcıl metodologiyalardan hesab edilən “Agile Scrum” – ın tətbiq edilməsi

Görəcəyiniz işlər:

  • Product Owner, Design Lead və Developer-lər ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
  • Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi

Bizim üçün ideal namizəd:

  • Biznes tələblərə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübəsi olan;
  • Araşdırma, qiymətləndirmə və analitika bacarığı olan;
  • Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübəsi olan;
  • Usability və A/B testing proseslərinin təşkil edilməsi təcrübəsi olan;
  • Yüksək səviyyədə visual dizayn qabiliyyətləri olan;
  • Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübəsi olan
  • Yaxşı səviyyədə interaction dizayn qabiliyyətləri və ya vizyonu olan;.
  • Principle, XD və ya Studio proqramlarının istifadəsində təcrübəsi olan

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 05 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...