Quraşdırıcı texnik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Quraşdırıcı texnik vəzifəsi üzrə vakansiya elan edir.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Quraşdırıcı texnik

Vəzifələr:

  • Elektron avadanlıqların nəqliyyat vasitəsinə yüklənməsi;
  • Çatdırıldıqdan sonra avadanlığın quraşdırma xidmətini yerinə yetirmək;
  • Quraşdırılan avadanlığa aid ümumi texniki tələbləri bilmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək.

Zəruri tələblər:

  • Uyğun sahə üzrə iş təcrübəsi 1 il-dən az olmayaraq;
  • Avadanlığın qoşulması qaydalarını bilməlidir;
  • Azərbaycan dilini səlis bilməli, rus dili bilməsi arzu olunandır;
  • Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir.

İş şəraiti:

  • İş günləri: I-VI günlər, istirahet günü:bazar
  • Əmək haqqı: 400 AZN + bonus

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kofsprl8

Oxşar vakansiya siyahısı:

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl