Qısa məzmun
A+A Security MMC Quraşdırıcı vəzifəsi üzrə vakansiya elan edir.
- Elektron Təhlükəsizlik, Kilidləmə, GPS Monitoring, Naqilsiz Telemetriya və Elektron İdarə Etmə Sistemləri sahəsində böyük təcrübəyə malik olan distribyutor və inteqratordur.
- Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik.
- Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.
- Ətraflı məlumat üçün: Web: http://aasecurity.az , http://telemetric.az , http://www.aagroup.az
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrində GPS avadanlıqlarının quraşdırılması və servis işlərinin görülməsi
- İşlərin görülməsi zamanı Sifarişçinin nümayəndələri ilə əlaqə.
- Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin Sifarişçinin nümayəndələrinə təhvil-təslimi.
- Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
- İstifadə edilən alətlərin saz vəziyyətdə saxlanması.
- İşlərin yalnız işçi geyim formasında yerinə yetirilməsi, işçi geyimin təmiz və səliqəli vəziyyətdə saxlanması.
- İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq;
- Öhdəliklərini düzgün və şirkətin maraq və mənafeləri naminə təhlükəsiz yerinə yetirmək;
Tələblər:
- Texniki bilikləri (Nəqliyyat vasitələrində texniki bilikləri)
- Yaş 20-35
İş şərtləri:
- Həftə içi: 09:00 – 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – şənbə, bazar və bayram günləri
- Ezamiyyətlər nəzərdə tutulmuşdur
- Əmək haqqı: Başlanğıc 500-700 AZN
Maraqlanan şəxslərdən CV-lərini hr@aplusa-security.com ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə “Quraşdırıcı” başlığı yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Konfirom MMC İstehsalat operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company SƏTƏM ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Baş mexanik ( Mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...