Qısa məzmun
YARAT Contemporary Art Center Qrafika dizayneri (kiçik dizayner) vəzfəsi üzrə vakansiya elan edir.
Əsas əmək bacarıqları və vəzifə funksiyaları
- Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq müvafiq dəyişiklikləri tətbiq etməli;
- Müxtəlif dizayn işlərinin hazırlanması (Buklet, flayer ,Kataloq, logolar və s.)
- Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsi
- SMM üçün kreativ materialların hazırlanması
- Geniş çeşidli bədii tərtibat vasitələrindən, o cümlədən fotoqrafiya və kompüter dizaynı (computer-aided design – CAD) imkanlarından istifadə etmək;
- Müəyyən istəyə görə münasib ideyalar irəli sürüb təsviri dizayn həllini təklif etmək;
- Düşündüyünü qaralama eskizlər vasitəsilə təsvir etmək bacarığını nümayiş etdirmək;
- Kreativ yanaşma;
- Ən son trendlərdən xəbərdar olmalıdır;
- Müasir dizayn vasitələri sahəsində və ələlxüsus InDesign, QuarkXPress, FreeHand, Illustrator, Photoshop, 3ds Max, Acrobat, Director, Dreamweaver və Flash kimi dizayn proqramlarında yenilikləri izləmək;
- Komanda üzvü olaraq, mətbəəçilər, müəlliflər, fotoqrafçılar, stilistlər, illüstratorlar, başqa dizaynerlər, mühasibat işçiləri, veb-sayt quranlar və marketinq üzrə mütəxəssislərlə birgə çalışmağı bacarmaq.
Təhsili, təcrübəsi və ixtisas hazırlığına görə tələblər:
- (İncəsənət və ya digər sahədə təhsilin olması, kompüter proqramlarını bilməsi, texniki bacarıqlara malik olması və s.)
- Adobe Illustrator, Photoshop, InDesign, Corel Draw, 3Ds Max, AutoCAD proqramlarını bilməlidir
- Minimum 3-illik iş təcrübəsi və zəngin portfoliosu olmalıdır (tələb edildilkdə təqdim olunmalıdır)
Şəxsi qabiliyyətləri:
- Gərgin iş rejimində, yüksək tələbkarlıq şəraitində çalışa bilməli; tapşırılan işi təyin olunmuş vaxta bitirməli; ünsiyyətçillik və kollektivdə işləmək qabiliyyəti nümayiş etdirməli; təşkilatın komanda üzvü kimi iş təcrübəsinə malik olmalıdır.
- CV formalarınızı turan.a@yarat.az elektron poçt ünvanına göndərə bilərsiz.
- Xahiş olunur CV-ləriniz mövzu yerində müraciət etdiniz vəzifəni qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
3D dizayner
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...