Qrafik və Motion Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. A2Z Advisors Qrafik və Motion Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Son trendlər haqqında məlumatlı olmalıdır.

“A2Z Advisors” MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. “A2Z Advisors” MMC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir. Bununla yanaşı, şirkət kamera müşahidə sistemlərinin layihələndirilməsi və qurulması, giriş-çıxışa nəzarət sistemlərinin qurulması və yanğın təhlükəsizliyi sistemlərinin qurulması daxildir.

Hazırda Satış və marketinq şöbəsinə “Qrafik və Motion Dizayner” vakansiyası üzrə işə qəbul elan edir.

ÖHDƏLİKLƏR:

  • Şirkət məhsulları üçün mürəkkəb qrafiklər,animasiya, təqdimatlar və canlı video məzmunlar hazırlanması
  • Məhsullar üçün logo, korporativ üslub, çap məhsulları hazırlanması.
  • Rəqəmsal layihələri həyata keçirilməsi
  • Ehtiyacları başa düşmək və fikir mübadiləsi aparmaq üçün daxili və xarici müştərilərlə görüşlərdə iştirak edilməsi
  • Mövcüd layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi

TƏLƏBLƏR:

  • Reklam və rəqəmsal marketinq sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Güclü eskiz və ya yaradıcılıq, qrafik dizaynda bacarıqlar;
  • Güclü 2D/3D animasiya bacarıqları;
  • İstənilən zaman müştəri və şirkət tərəfindən ehtiyac olacaq dəyişikliklərin edilməsi üçün konstruktiv rəylərə açıq olmaq;
  • Müxtəlif layihələrlə və çoxsaylı müştərilərlə işləmək qabiliyyəti;
  • Proqramlarda iş təcrübəsi olması mütləqdir: Photoshop, Illustrator, İndesign, Adobe Premiere Pro, Adobe After Effects, 3D modelinq (arzu olunandır);
  • Komanda şəklində işləmə bacarığı
  • Mükəmməl bir portfolio (CV ilə birlikdə göndərilməsi mütləqdir)

Biz nə təklif edirik:

  • Rəqabət qabiliyyətli əmək haqqı
  • Shutterstock və Envato elements saytlarına ödənişli giriş
  • Korporativ nömrə
  • Mehriban və ruhlandırıcı iş mühiti və kollektiv
  •  Əlavə təhsil üçün kurslar və material

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV ilə bərabər portfolio cv@a2z.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...