Qrafik və Motion Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. A2Z Advisors Qrafik və Motion Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Son trendlər haqqında məlumatlı olmalıdır.

“A2Z Advisors” MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. “A2Z Advisors” MMC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir. Bununla yanaşı, şirkət kamera müşahidə sistemlərinin layihələndirilməsi və qurulması, giriş-çıxışa nəzarət sistemlərinin qurulması və yanğın təhlükəsizliyi sistemlərinin qurulması daxildir.

Hazırda Satış və marketinq şöbəsinə “Qrafik və Motion Dizayner” vakansiyası üzrə işə qəbul elan edir.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: minimum 3 il;
  • Proqram bilikləri – Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects ,Adobe Premier ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Son trendlər haqqında məlumatlılıq;
  • Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta, Rus dili – orta.

Vəzifə öhdəlikləri:

  • İşində dəqiq və operativ olmaq, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək;
  • Vektor illustrasiyalar, loqotiplər, sosial media üçün şəkillər hazırlamaq;
  • Təqdimatların hazırlanması.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00, 6 gün – qısadılmış

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Qrafik və Motion Dizayner ” yazaraq cv@a2z.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...