Qrafik Dizayner (Mid-Level/Senior-Level)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Leadlab Marketing Agentliyi Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya: Qrafik Dizayner (Mid-Level/Senior-Level)
Agentlik: Leadlab Marketinq Agentliyi
Tələb olunan təcrübə: Minimum 3 il real təcrübə, agentlik təcrübəsi olması böyük üstünlükdür.
İş saatları: Həftədə 5 gün, 09:30-18:30
Rəsmiləşdirmə: AR Qanunvericiliyinə əsaslanan rəsmi əmək müqaviləsi

Öhdəliklər və Tələblər:

  • Şifahi və ya yazılı olaraq verilmiş brifləri vizuallaşdırmaq, effektiv vizual konseptlərə çevirmək
  • Verilən briflərdəki informasiyanı kreativ/effektiv vizual həllər hazırlamaq üçün filtrləmək
  • Kreativ düşünmək və tətbiq etmək – hazırlanan dizaynlarda kreativliyi ön planda tutmaq
  • Taskları əvvəlcədən hazırlanmış və tətbiq edilmiş dizayn üslublarına adaptasiya etmək
  • Kreativ komanda və akkaunt menecerlərlə işləmək – markanın/layihənin hədəf və məqsədlərini başa düşərək işləmək
  • Keyfiyyətə təsir etmədən sürətli şəkildə dizayn etmək
  • Qlobal və yerli markalarla verilmiş brand guideline-lara əsasən işləmək
  • Sosial Media Posterləri, Prezentasiyalar, Rəqəmsal dizaynlar və bannerlər, Çap materialları və s. hazırlamaq təcrübəsi və bacarığı
  • Minimum 3 il real təcrübə (agentlik təcrübəsi böyük üstünlükdür!)
  • Lazım olan bütün softlarda (əsasən Adobe) professionallıq
  • Kreativ vizual həllər və dizaynların olduğu portfolio
  • Deadline-larla işləmək bacarığı
Vacib qeyd: Vakansiya təcilidir! İntervyu mərhələsindən sonra dərhal işə başlaya bilən namizədlərə üstünlük veriləcək.
Müraciət etmək üçün CV və portfolio əlavə olunması şərtilə “Qrafik Dizayner” başlığı ilə hello@leadlab.az unvanına mail göndərmək kifayətdir. Mail-də əlavə olaraq 1) “Real təcrübə müddəti” 2)”Gözlənilən əməkhaqqı” haqqında məlumat verməyiniz gözlənilir. (Bu məlumatların qeyd olunmadığı müraciətlər nəzərə alınmayacaq)

Leadlab Marketing Agentliyi bütün namizədlər üçün bərabər hüquqlar və imkanlar təklif edən işəgötürəndir. Bütün namizədlərə uğurlar arzu edirik!

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...