Qrafik dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mandarin.az Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Hörmətli bağlantılarımız,

Mandarin.az online satış bazarında yeni yaradılan və yüksək rəqabətliliyi ilə tanınan şirkət olaraq 2021-ci ildən fəaliyyətə başlamışdır.

“Mandarin.az” Qrafik dizayner vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq !

Vəzifə öhdəlikləri:

  • Web səhifəsi kontenti üçün post şəkilləri dizayn etmək;
  • Marketinq məqsədləri üçün yaxşı qurulmuş infoqrafika yaratmaq;
  • Tapşırıqların vaxtında və texniki şərtlərə uyğun yerinə yetirilməsini təmin etmək üçün Layihə Meneceri ilə sıx əməkdaşlıq etmək,
  • Video-animasiya işlərini bacarması üstünlükdür (motion design);
  • Sosial media üçün qrafik dizaynların hazırlanması;
  • Motion biliklər (Instagram üçün video stoylərin hazırlanması);
  • 2D/3D qrafik animasiya və hərəkət kompozisiyalarının yaradılması;
  • Sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;
  • Video montaj işlərinin aparılması;
  • Şirkət məhsulları üçün mürəkkəb qrafiklər,animasiya, təqdimatlar və canlı video məzmunlar hazırlanması;
  • Məhsullar üçün logo, korporativ üslub, çap məhsulları hazırlanması;
  • Rəqəmsal layihələri həyata keçirilməsi;

Tələblər:

  • Təcrübə: Minimum 2 il;
  • Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür);
  • Dizayn proqram paketi Adobe (Photoshop, Illustrator, InDesign) və CorelDraw biliklərinə sahib olmaq;
  • Reklam və rəqəmsal marketinq sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Güclü eskiz və ya yaradıcılıq, qrafik dizaynda bacarıqlar;
  • Güclü 2D/3D animasiya bacarıqları;

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “Qrafik dizayner” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Mandarin.az online satış bazarında yeni yaradılan və yüksək rəqabətliliyi ilə tanınan şirkət olaraq 2021-ci ildən fəaliyyətə başlamışdır.

Oxşar vakansiya siyahısı:

Qrafik Dizayner

CMT Group MMC Qrafik Dizayner üzrə vakansiya elan edir. ...

CMT Group MMC

14.05.2024 - Bakı