Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Şirkət daxili təlim və inkişaf imkanları olacaqdır.
Vəzifə və öhdəliklər:
- Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
- Promo və çap məhsulları ilə bağlı dizayn materiallarının hazırlanması;
- Sosial media və veb sayt üçün qrafik dizaynların hazırlanması;
Namizədə olan tələblər:
- Adobe Illustrator və Adobe Photoshop bilikləri (Adobe ailəsindən digər proqramları bilməsi üstünlükdür);
- Poliqrafiya sahəsində və agentliklərdə təcrübənin olması arzuolunandır (minimum 1 il);
- Kreativ düşüncə, yaradıcı yanaşma və kollektivlə işləmə bacarığı;
- İngilis dili arzu olunandır.
İş barədə məlumat:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- İş qrafiki: 6 gün (08:30-17:00 və ya 09:00-17:30)
- Əmək haqqı: 700 AZN.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qrafik dizayner” qeyd etməklə və portfolio məktuba əlavə edilməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...