Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Collezione Italia Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Lyuks brendlərlə çalışmaq imkanı olacaqdır.
Vəzifə barədə məlumat:
- Müxtəlif dizayn işlərinin hazırlanması (Buklet, flayer, kataloq, logolar, etiket yazıları, korporativ qutular, bağlamalar və s.);
- SMM üçün kreativ materialların hazırlanması, kreativ düşüncəyə malik olması;
- Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Reklam və poliqrafiya materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
- Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq müvafiq dəyişiklikləri tətbiq etmək;
- Şirkət daxili və çöl reklam materialları və promo məhsulların hazırlanması, icrası və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
- Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
Hazır çap produksiyanı kontrol və icra bacarığı; - Video işlərinin hazırlanması;
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Lyuks brendlərlə çalışmaq imkanı;
- Həftə ərzində 6 iş günü;
- İş saatı: 10:00-19:00.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
- Proqram bilikləri: Corel Draw, Adobe Illustrator / Photoshop / After Effects / Premier Pro
- GIF və html5 vizual bilikləri arzu olunandır;
- Brending, qablaşdırma üzrə biliklər;
- Dil bilgiləri: Azərbaycan, Rus (mütləq), İngilis dillərində yazı, danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
- Reklam, çap, promo, vizual məhsulları şirkəti ilə əlaqədar olmaq;
- Stresə davamlılıq, nəticə yönümlülük;
- Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...