Qrafik dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1500 AZN. Delüks-Kamin MMC Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, rus dillərini bilməlidir.

Namizədə tələblər:

  • Universitetlərin daxili memarlıq, qrafika və buna bənzər şöbələrindən məzun olmalı;
  • Türkiyədə və ya Avropada təhsil almış müraciətlərə üstünlük verilir;
  • İngilis, rus və türk dillərində danışıqlar, görüşlər və hesabatlar apara biləcək qədər bilməli;
  • Qrafik dizayn və veb dizayn texnikaları və tətbiqetmələrini yaxşı bilməli;
  • Analitik düşüncə, güclü vaxt idarəetməsi və planlaşdırma bacarığına sahib olmalı;
  • Yazılı və şifahi ünsiyyət dili səlist olmalı;
  • Müştəri məmnuniyyətinə üstünlük verən namizədlər ön plana alınacaq;

İş barədə məlumat:

  • Video-animasiya işi etmək bacarığı;
  • Veb dizaynı, Mobil Tətbiq dizayn biliyi;
  • EMC uyğun GIF və videolar hazırlamaq bacarığı;
  • SMM üçün yaradıcı materialların (afişa və video) hazırlanması;
  • Şirkət səhifələrini sosial platformalarda aktiv saxlamaq, paylaşmaq və auditoriyanın böyüməsini təmin etmək.
  • Əlavə olaraq şirkətin veb saytını yoxlamalı və məzmunun yerləşdirilməsini həyata keçirməli;
  • Gif və videolar hazırlamalı;
  • Layihə daxilində reklam vizuallarının və şirkət daxilində müştərilər üçün yaradılan qiymət təklifinin hazırlanması;
  • Məhsulların sosial media kanallarında paylaşılması üçün vizual dizaynların hazırlanması;
  • Hazırlanmış və elan edilmiş marketinq planlarının və marketinq prosesi ssenarilərinin tətbiqi, inkişafı, koordinasiyası və nəzarəti;
  • Texniki və Satış şöbələri tərəfindən görülən işləri izləyərək siyasət və təcrübələrin yenilənməsi;
  • Satış və istehsal şöbəsi işçilərinin müəyyən olunmuş hədəflərə çatması üçün koordinasiyalı bütün lazımi əməliyyatların aparılması;
  • Digər müvafiq şöbələrlə marketinq və satış təhlili apararaq rəqiblər və məhsullar barədə hesabatlar hazırlayaraq şirkətin strategiyalarında lazımi düzəlişlərin edilməsi;

Müraciət üçün;

  • a) – Sizdən www.deluxekamin.com/careers// saytına daxil olub CV və portfolio göndərməyinizi xahiş edirik.
    Və ya
  • b) – CV və portfelinizi hr@deluxekamin.com elektron poçtuna göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Qrafik Dizayner

CMT Group MMC Qrafik Dizayner üzrə vakansiya elan edir. ...

CMT Group MMC

14.05.2024 - Bakı