Qrafik Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700-1000 AZN. AzPrint Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Digital format və ya web üzərndə Portfoliosu olmayan məktublara baxılmayacaq.

İş barədə məlumat :

  • Şirkət poliqrafiya, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir
  • Poliqrafiya, reklam məhsullarının (flayer, buklet, kataloq, vizitkart, kağız çanta, işıqlı oyma, qabarıq reklamlar və digər məhsulların) dizayn olunması
  • Loqo, korporativ stilin yığılması
  • Şirkətdaxili lazımi dizaynların hazırlanması
  • Işçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir
  • İş qrafiki: həftənin 6 günü, saat 09:00-dan 18:00-adək (Bazar günü istirahət)
  • Nahar fasiləsi: 13:00-dan 14:00-adək
  • Əmək haqqı : 700-1000 azn ( müsahibə əsasında qərar veriləcək ).
  • Ünvan: Bakı ş., Arif Heydərov 25 A (Nərimanov m/st. yaxınlığı).

Tələblər:

  • Təhsil dərəcəsi: Ali
  • Yaş həddi: 20-40
  • Poliqrafiya sahəsində minimum 2 il iş təcrübəsi olmalı
  • CorelDRAW və Adobe Photoshop proqramlarını əla səviyyədə bilməli
  • Kreativlik və yaradıcılıq qabiliyyəti olmalı
  • Poliqrafiya və reklam  üzrə texniki məlumatlara malik olmalı
  • Çap avadanlıqlarının iş prinsipindən məlumatlı olmalı
  • Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər
  • Dəqiq, sürətli işləmə bacarığı və məsuliyyətli olmalı
  • Ünsiyyətcil və komandada işləmə bacarığı
  • Gündəlik verilən dizayn tapşırıqlarının yerinə yetirilməsi və sistemli şəkildə işləmək bacarığı
  • Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr@azprint.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...