Qısa məzmun
Ə/h 700 AZN. DB advisors Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Bir neçə tapşırığı idarə etmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarınınm dizayn işlərinin yerinə yetirilməsi;
- Jurnal, buklet, flayer, broşür, poster və kataloqlar üçün dizaynların hazırlanması;
- Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılması;
- Sosial Media hesabları üçün posterlərin hazırlanması;
- Veb səhifələrin dizaynı və tərtibatı;
- Ə/h başlanğıc 700 AZN;
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 10:00-dan 19:00-dək, Şənbə günü, saat 10:00-dan 16:00-dək;
- İşə qəbul tam rəsmi qaydada və əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Namizədə tələblər:
- Adobe Creative Suite (CS) proqramları, xüsusilə Adobe Photoshop, Adobe İllustrator ilə işləmək bacarığı;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Detallara diqqət yetirmək bacarığı və öz fikirlərinin mövcudluğu
- Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək
- Dizayn qabiliyyəti inkişaf etmiş, yaradıcı və xəyal gücü yüksək
- Zaman və resursların düzgün idarə olunması bacarığı
- Dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Dizayn trendlərindən xəbərdar olması;
- Detallara diqqətli, nizamlı olması;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
- İndesign və ümumi vebsayt dizayn bilikləri üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd etməklə (“Qrafik dizayner”) öz CV forması və portfoliolarını career_azerbaijan@database.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...